Bakıda olimpiada iştirakçılarına dəstək məqsədilə veloyürüş
19 iyul 2012 02:29

İyulun 23-də saat 20:00-da Yeni Bulvarın xüsusi velosiped yolunda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi altında veloyürüş keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının çərşənbə günü yaydığı məlumatda deyilir.
Federasiyanın rəhbəri vergilər naziri Fazil Məmmədovdu. Veloyürüş Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Yürüş iştirakçıları "Dalğa Plaza" İş Mərkəzinin arxasından Dövlət Bayrağı Meydanı və geriyə hərəkət edəcəklər.