Azərbaycandan Londona veloyürüş
31 iyul 2012 17:57

İranlı velosipedçi Miyanə-London marşrutu üzrə velomarafonına Azərbaycandan başlayıb. Azerisport.az xəbər verir ki, ibtidai sinif müəllimi işləyən Hüseyn Qəzzaqi avqustın axırında Londonda keçiriləcək Paralimpiya Oyunlarına velosipedlə getmək qərarına gəlib.
"Velomarafona "Sülh və dostluq" şüarı ilə ilk olaraq İranla dil, din və mədəni bağlılıqları olan dost və qonşu ölkə Azərbaycandan başladım. Azərbaycana ilk daxil olduğum andan əhalinin yol boyu mənə qarşı münasibəti öz seçimimin doğru olduğunu göstərdi", - Qəzzaqi deyib.
İdmançı Azərbaycandan Gürcüstana, oradan Türkiyəyə, daha sonra digər ölkələrdən keçərək Londona qədər velosiped sürəcək.
"Yol boyu müxtəlif tarixi, mədəni abidələri, əhalinin adət-ənənələri ilə bağlı fotoşəkillər çəkirəm. İrana qayıtdıqdan sonra öz səfərim və xatirələrimlə bağlı kitab yazacağam və çəkdiyim şəkilləri öz saytımda yayımlayacağam", - Qəzzaqi bildirib. (Trend)