Azərbaycan çempionatı start götürdü
31 avqust 2012 14:24
Bu gün - avqustun 31-də Qubada velosipedçilərin çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib. Azerisport.az xəbər verir ki, yarışmada müxtəlif yaş qruplarından olan 50-dək idmançı fərdi və qrup şəklində yarışacaq.
Yarış 4 mərhələdə keçiriləcək. Çempionatın birinci mərhələsində velosipedçilər Xudat-Nabran-Yalama marşrutu ilə hərəkət edərək 120 kilometr məsafə qət edəcəklər.
Çempionat sentyabrın 3-də yekunlaşacaq.