Azərbaycan AÇ-də altı medal qazandı
5 sentyabr 2012 00:47
Rusiyanın Medın şəhərində universal döyüş üzrə gənclər arasında Avropa birinciliyi keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda ölkəmizi baş məşqçi Elşən İsmayılovun rəhbərliyi altında 8 idmançı təmsil edib.
Yarışda Nicat Əliyev (80 kq) qızıl, Anar Rüstəmov (60 kq), Nail Kərimov (75 kq), Qəhrəman Xələfov (65 kq) gümüş, Mahir İsgəndərov (60 kq) və Qəzənfər Namazov (90 kq) bürünc medal qazanıblar.
Ümumi komanda hesabında Azərbaycan millisi Rusiya yığmasından sonra ikinci pillədə qərarlaşıb. Bolqarıstan kollektivi isə üçüncü olub.