Azərbaycan təmsilçisi dünya çempionatında iştirak hüququ qazandı
8 sentyabr 2012 00:48
Velosipedçilərdən ibarət Azərbaycan milli komandası Niderlandda təşkil olunan 48-ci Avropa velosiped turunda və Avropa çempionatında çıxış edib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Nicat Niftəliyev turun kriterium yarışlarında üçüncü yeri tutmuş və medalla təltif edilib.
İdmançımız Elçin Əsədov isə ilk dəfə olaraq velosiped idmanı üzrə dünya çempionatına Azərbaycanı təmsil edəcək. Sentyabrın 16-24-də Niderlandda keçiriləcək dünya çempionatında E.Əsədov həm qrup ötüşməsində, həm də fərdi ötüşmədə qüvvəsini sınayacaq. Onun komanda yoldaşı Tural İsgəndərov isə 19-23 yaş kateqoriyasında fərdi ötüşmədə iştirak edəcək.