Azərbaycan millisinin məşqçiləri istefaya göndərildi
17 sentyabr 2012 00:56

Azərbaycanın taekvondo üzrə kişi və qadınlardan ibarət olimpiya yığmalarının cənubi koreyalı baş məşqçiləri Conq Conq Bay və Sun Mi Park istefaya göndərilib. Azerisport.az xəbər verir ki, hər iki mütəxəssis 2012-ci il London Yay Olimpiya Oyunlarında medal qazana bilmədikləri üçün vəzifələrini itirib.
Bundan sonra isə əsas yığmamıza Ələkbər İmaməliyev rəhbərlik edəcək. Ona Gündüz Abdullayevlə Elnur Amanov böyük məşqçilər qismində yardımçı olacaqlar. Abdullayev həm də qadınlardan ibarət yığmamıza rəhbərlik edəcək. Gündüz Abdullayevin əvvəllər rəhbərlik etdiyi gənclər millimiz qardaşı Məmməd Abdullayevə tapşırılıb. Bu komandada köməkçi-məşqçi funksiyasını Zahid Məmmədov yerinə yetirəcək.
Nəhayət, Məmməd Abdullayevin əvvəllər çalışdırdığı yeniyetmələrdən ibarət yığmamıza Səbuhi Zülfüqarov baş məşqçi təyin olunub. Zülfüqarov daha öncə əsas millidə İmaməliyevin köməkçisi işləyib. Yeni baş məşqçiyə Sənan Həşimov yardım edəcək.