Həmyerlimiz DÇ-də uğursuz çıxış etdi
19 sentyabr 2012 00:51
Hollandiyanın Apeldorn şəhərində şossedə velosiped idmanı üzrə dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, yaşı 23-dən yuxarı olan idmançılar arasında 36 kilometrlik məsafəyə fərdi yarışmada Azərbaycan velosipedçisi Tural İsgəndərov da iştirak edib.
O, 68 iştirakçı arasında 52-ci yeri tutub. Yarışın qalibi isə rusiyalı Anton Vorobyov olub.