Fotoreportaj|Video|На русском

Digər növlər

Azərbaycanda səmti müəyyən etmə idman növünün perspektivləri müzakirə edildi

23 oktyabr 2012 18:43
Oktyabrın 22-də “Park İNN” mehmanxanasında “Azərbaycan Respublikasında səmti müəyyən etmə idman növünün hazırkı vəziyyəti və gələcək perspektivləri” mövzusunda konfrans keçirilmişdir. Azerisport.az xəbər verir ki, Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının (ASMEİF) prezidenti Mirəli Kazımov mövzu ilə bağlı konfrans iştirakçılarına məlumat verərək son aylar ərzində keçirilmiş yarışlar haqqında danışmışdır.
 
O qeyd etmişdir ki, Azərbaycanda Səmti Müəyyən Etmə İdman Federasiyasının fəaliyyətinin canlandırılması və bu idman növü üzrə yarışlara təşkilati dəstəyi Vergilər Nazirliyi, konsultativ dəstəyi isə Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi vermişdir. Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının (BSMEİF) beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Tatyana Kalendaroğlu ASMEİF-in fəaliyyətini yüksək qiymətləndirmiş, ASMEİF-in beynəlxalq federasiyanın üzvlüyünə qəbul olunduğunu bildirərək, BSMEİF və Türkiyə Səmti Müəyyən Etmə İdman Federasiyası prezidentlərinin təbrik məktublarını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
 
Sonra səmti müəyyən etmə Federasiyası tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
Konfransda çıxış edən Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov vurğulamışdır ki, Azərbaycan BSMEİF-in sıralarına qoşulan 74-cü ölkədir. Daha bir ölkə beynəlxalq quruma qoşulduqdan sonra, BSMEİF idmanın bu növünün Olimpiya Oyunlarının proqramına salınmasını qarşısında məqsəd kimi qoymuşdur. Tədbirdə qeyd olunmuşdur ki, ölkəmizdə idmanın bütün növləri inkişafdadır. Hazırda respublikamızda 84 idman federasiyası fəaliyyət göstərir ki, bunlardan da 28-i olimpiya yönümlüdür.
 
Ukraynanın Azərbaycandakı səfiri, ASMEİF-in fəxri üzvü Aleksandr Mişenko ölkəmizdə idmana göstərilən dövlət qayğısının əhəmiyyətini yüksək qiymətləndirmiş və bu idman növü üzrə keçirilən turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. Səfir vurğulamışdır ki, gözəl təbiəti, meşə, çay və gölləri olan Azərbaycanda bu idman növünün inkişaf etməsi üçün münbit şərait vardır. Son yarışda 200-dən artıq idmançının iştirak etməsi Azərbaycanda idmanın bu növünə marağın böyük olduğunu göstərir.
 
Konfransda çıxış edən vergilər nazirinin müavini, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində ölkəmizdə idmanın bütün növlərinin sürətli inkişah mərhələsi yaşadığını, müəyyən dövrlərdə diqqətdən kənarda qalmış bir sıra idman növlərinə ikinci nəfəs verildiyini qeyd edərək, bütün bunların xalqımız, xüsusilə də gənclər arasında sağlam həyat tərzinin daha geniş yayılmasında, beynəlxalq aləmdə Azərbaycanın qabaqcıl bir idman ölkəsi kimi tanınmasında mühüm rol oynadığını bildirmişdir.
 
Müasir dövrdə uşaqdan böyüyə kimi əksər insanların vaxtının böyük bir hissəsini televizor ekranları və ya kompyuterlər qarşısında keçirdiyini vurğulayan natiq onları gələcəkdə hansı fəsadlar verəcəyi, heç kəsə bəlli olmayan bu məşğuliyyətdən heç olmasa müəyyən bir müddətə ayıraraq idman, xüsusilə də idmanın açıq havada keçirilən növlərindən olan velosiped sürməyə və səmti müəyyən etmə kimi növlərinə cəlb etməyin vacibliyini qeyd etmişdir.
 
Bu idman növləri kütləvi idman növləri hesab olunduğundan məktəblərdə, universitetlərdə onların təbliğinə xüsusi fikir verilməli, idmanla məşğul olanlara lazımi şərait yaradılmalı, bu işlə yalnız Gənclər və İdman Nazirliyi deyil, Təhsil nazirliyi, Həmkərlar İttifaqları, digər dövlət qurumları və ictimai təşkilatlar da yaxından iştirak etməlidirlər.
 
Öz növbəsində Vergilər Nazirliyinin güləş, otüstü hokkey, velosiped idmanı və əlavə olaraq səmti müəyyən etmə idmanı federasiyalarına hamilik etdiyini konfrans iştirakçılarının diqqətinə çatdıran S.Ələkbərov bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.
Konfransda səmti müəyyən etmə idman növünün inkişaf etdirilməsi və gələcəkdə görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
 
Məlum olduğu kimi, oktyabrın 19–21-i tarixlərində Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyən etmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirilmişdir. Yarış Azərbaycan tarixində ilk dəfə olaraq müasir kompüter sistemlərinin tətbiqi ilə, yəni hər iştirakçının məsafədə elektron qaydada qeydiyyatı vasitəsilə həyata keçirilmişdir.
 
Kişilər arasında Prezident Kubokunun birinci günü kişilər arasında şəxsi hesabda uzaq məsafəyə qaçış üzrə Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Aleksandr Mişenko ən yüksək nəticə göstərmişdir. Niyaməddin Əsədov gümüş mükafata layiq görülmüş, üçüncü yeri Anar Qasımov tutmuşdur. Qadınlar arasında uzaq məsafəyə qaçış üzrə Azərbaycan Çempionu Natalya Əliyeva olmuş, ikinci yeri Günel Quliyeva, üçüncü yeri isə Tatyana Qəniyeva tutmuşdur.
Çempionatın ikinci günü kişilər arasında qısa məsafəyə qaçış üzrə yarışda yenə də səfir Aleksandr Mişenko birinci yerə çıxmış, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Vladimir Skvortsov və Niyaməddin Əsədov tutmuşlar. Qadınlar arasında qısa məsafəyə qaçış üzrə ölkə çempionu Nadejda Lopatkina olmuş, ikinci yeri Yevgeniya Əliyeva (şəxsi hesab) tutmuş, bürünc medalın sahibi isə Tatyana Solovyova (şəxsi hesab) olmuşdur.
 
İkigünlük yarışların yekunları üzrə komanda hesabında ümummilli lider Heydər Əliyev adına Prezident Kubokunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci komandası qazanmışdır. İkinci yeri Müdafiə Nazirliyinin 1-ci komandası, üçüncü yeri isə Səmti Müəyyən Etmə Federasiyasının komandası tutmuşdur.
 
Fərdi hesabda qaliblər və mükafatçılar Gənclər və İdman Nazirliyinin medalları və diplomları ilə təltif edilmiş, yarışların qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası artıq gələn yarışların daimi elektron təminatı kateqoriyasına keçmək və 2013-cü ilin yazında Türkiyə, Rusiya, Ukrayna, Belarus və Gürcüstan komandalarının iştirakı ilə Azərbaycan ərazisində ilk dəfə olaraq beynəlxalq yarışlar keçirmək niyyətindədir.
 
Bundan başqa, Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının dəstəyi ilə 2013–cü ilin payızından başlayaraq Azərbaycanda Xəzəryanı və Qara Dəniz ölkələrinin idmançılarının iştirak edəcəyi Heydər Əliyev adına Beynəlxalq Kubok uğrunda ənənvi yarışların keçirilməsi planlaşdırılır.

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah