Neftçi Moskva Əjdahaları ilə üz-üzə gələcək
24 oktyabr 2012 16:47

Noyabr ayn 3-4-də Bakıda "Dövlət Bayrağı Gününə" həsr edilmiş beynəlxalq yarış keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda “Neftçi” (Bakı, Azərbaycan), "Moskva Əjdahaları" (Moskva, Rusiya) və "Devebi" (Tiflis, Gürcüstan) komandaları iştirak edəcəklər.
Həmçinin U-16 arasında Azərbaycan və TISA oyunu keçiriləcək.
Yarışın açılışı noyabr ayın 3-də "SKİF" stadionunda (Bədən tərbiyəsi və İdman Akademiyasınan stadionu) saat 11-də olacaq.
Giriş pulsuzdu.