Bakıda hakimlər üçün seminar keçiriləcək
27 oktyabr 2012 11:43
Azərbaycan Basketbol Federasiyası (ABF) ilə Beynəlxalq Basketbol Federasiyası (FİBA) arasında razılaşmaya əsasən, noyabrın 2-dən 4-dək Bakıda hakimlər üçün seminar keçiriləcək. Azerisport.az xəbər verir ki, FİBA-nın təlimatçısı Nakiç Davorinin rəhbərliyi altında keçiriləcək seminarda yerli federasiyasının hakimləri və məşqçilər korpusu iştirak edəcək.
Seminar Heydər Əliyev adına İdman-Konsert Kompleksində yerləşən basketbol mərkəzində keçiriləcək.
Seminarın yekununda uğurla imtahan verən hakimlərə FİBA-nın sertifikatları təqdim olunacaq.