Bakıda möhtəşəm avtoşou (FOTOREPORTAJ)
28 oktyabr 2012 02:45

Bakıda keçirilən "City Challenge" yarışları çərçivəsində ötən gün pilotlar avtotryuklar nümayiş etdiriblər. Azerisport.az xəbər verir ki, avtotryuklardan sonra mütəxəssislər pilotları qiymətləndiriblər.
Qeyd edək ki, ötən gün Bakıda "City Challenge" yarışlarının təsnifatlandırma sessiyası və sprint yarışlarına start verilib. Yarışlara Azadlıq meydanından start verilib. Yarışlarda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edir.
"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur. Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyir.
Yarışların nəticələri bazar günü elan olunacaq.