İdmançılarımız 66-cı dünya çempionatına yollanırlar
29 oktyabr 2012 17:05
Noyabrın 7-dən 11-dək Ekvadorun Quayaqil şəhərində kişilər arasında bodibildinq üzrə 66-cı dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı baş məşqçi Rauf Bunyadəliyevin rəhbərliyi altında Vüqar Verdiyev, Əhməd Alahverdi, Məhəmməd Paşayi, Dmitri Qoluboçkin və Dmitri Barakin qoruyacaqlar.