Bakıdakı City Challenge yarışlarının qalibi müəyyənləşdi (FOTOLAR)
29 oktyabr 2012 00:49

Bakıda keçirilən "City Challenge" yarışlarının GT3 finalının qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, GT3 finalının qalibi McLaren MP4 yürüş avtomobilinin pilotları Frederic Makovieski və Stef Düsseldorf olub. Qaliblər HEXIS komandasının üzvləridi.
Yarışda ikinci yerə BMW Z4 avtomobilinin pilotları Keçele və Lauda, üçüncü yerin sahibi isə daha bir BMW Z4 avtomobilinin pilotları Yelmer Buurman və Nikolas Mayer-Melnhoff olub.
Qeyd edək ki, finalda 24 pilot iştirak edib. Yarışlarda Porsche 911, Aston Martin Vantage GT3, Audi R8 LMS, BMW Z4 GT3, Ferrari 458 İtalia GT3, Lamborghini Gallardo LP 600+ və Mercedes Benz SLS AMG GT3 markalı avtomobillər iştirak edirdi.
"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındaydı. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edird. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunurdu.
Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyib və bu üzdən bütün diqqət Bakıya yönəlmişdi. Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilmişdi.