Təmsilçilərimiz DÇ-də iki medal qazandılar
30 oktyabr 2012 17:36
Honkonqda sumo idman növü üzrə dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, idmançılarımız dünya çempionatında iki bürünc medal qazanıblar.
Böyüklər arasında mübarizə aparmış Namiq Sadıxov (85 kq) dünya çempionatını üçüncü pillədə başa vurmaqla Dünya Oyunları (Kali, Kolumbiya) və Döyüş Oyunları (Sankt-Peterburq) yarışlarına lisenziya qazanıb. Hər iki yarış gələn il keçiriləcək.
Digər medalı isə gənclər arasında mübarizə aparmış Əmiraslan Əhmədov (100 kq) qazanıb.