Bakıda reqbi üzrə açıq şəhər kuboku keçiriləcək
2 noyabr 2012 12:55

Bakıda reqbi üzrə açıq şəhər kuboku keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 3-4 noyabrda keçiriləcək yarış 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunacaq.
Yarışda yerli komandalarla yanaşı, Rusiya və Gürcüstan respublikalarının komandaları da iştirak edəcəklər.
Bakı şəhər kubokunun oyunları İdman Akademiyasının stadionunda keçiriləcək. (Trend)