Həmyerlimiz dünya çempionu oldu
8 noyabr 2012 16:32
Oktyabrın 30-dan noyabrın 4-dək İtaliyanın Karrara şəhərində uşu və tayboks idman növləri üzrə dünya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, 70 ölkədən 2000-dək idmançının iştirak etdiyi çempionatda Azərbaycan 4 idmançı ilə təmsil olunub.
91 kq çəki dərəcəsində yarışan Araz Musayev 18-35 yaş kateqoriyasında tay fan yarışlarında bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.