Həmyerlimiz dünya çempionu oldu
13 noyabr 2012 01:43
Noyabrin 5-dən 12-dək ABŞ-ın Las Veqas şəhərində pauerliftinq üzrə dunya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmiz də təmsil olunub.
Özü də Azərbaycan yıgma komandasının üzvü, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Hafiz Verdiyev DÇ-nin qızıl medalını qazanıb. Hafiz eyni zamanda gənclər arasında mütləq dünya çempionu adına layiq görülüb.
Bu mötəbər yarışa 5 idmancı ilə qatılan Azərbaycan pauerliftinqçilərindən Azər Əliyev 4-cü, Giraf Əliyev 5-ci, İbrahim İbrahimov isə 6-cı yeri tutub.