Koreyalı səfir ATF-də olub
13 noyabr 2012 14:50
Koreya Respublikasının ölkəmizə təyin edilmiş yeni səfiri Çoy Suk-in və səfirliyin birinci katibi Le Von Sik Azərbaycan Taekvondo Federasiyasında olublar. Azerisport.az xəbər verir ki, taekvondoçular üçün yaradılmış şəraitlə yaxından tanış olan qonaqlar məmnunluq ifadə ediblər.
Dövlət rəsmilərinə Azərbaycanda taekvondonun inkişafı və əldə edilmiş nəaliyyətlərlə bağlı geniş məlumat verilib. Səfirliyin yüksək çinli nümayəndələri federasiya rəhbərliyi ilə görüşdə bu olimpiya idman növünə ölkəmizdə hər zaman dəstək verməyə hazır olduqlarını bildiriblər.