Bakıda mükafat fondu 9500 avroluq turnir!
22 noyabr 2012 14:03

Noyabrın 23-dən 25-dək Novxanı atçılıq mərkəzinin qapalı manejində Konkur növü üzrə “CSI-1*-W” kateqoriyalı Dünya Kubokunun təsnifat mərhələsi və Bakı çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan idmançılarıyla yanaşı, İran, Gürcüstan, Almaniya, Qazaxıstan və Türkiyədən olan çaparlar da mübarizə aparacaqlar.
Qeyd edək ki, iki yarışda ən yaxşı nəticə göstərən Azərbaycanlı çapar, Bakı çempionu adına layiq görüləcək. Beynəlxaq turniri İran, Türkiyə və Bolqarıstandan dəvət olunan hakimlər briqadası idarə edəcək. Yarışlar hər gün saat 12:00 da başlayacq.
Dünya Kubokunun təsnifat mərhələsi və Bakı çempionatı yarışlarının ümumi mükafat fondu 9500 Avrodur. Beynəlxaq atçılıq turnirinə bütün media nümayəndələri dəvətlidir.