Azərbaycan yığması üçün Paris Open
28 noyabr 2012 00:45
Azərbaycan taekvondoçuları 2012-ci ilin son beynəlxalq turnirində iştirak etmək üçün noyabrın 29-da Parisə yollanacaqlar. Azerisport.az xəbər verir ki, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında gənclərdən ibarət seçmə komandanın 5 üzvü Fransanın paytaxtında keçiriləcək “Paris Open” açıq beynəlxalq turnirində iştirak edəcək.
Dekabrın 1-2-də keçiriləcək yarışda idmançılarımızdan Babək Əjdərli (48 kq), Əli Axundov (55 kq), Ayxan Tağızadə (63 kq), Səid Quliyev (73 kq) və Elnur Məhərrəmov (73 kq-dan yuxarı) mübarizə aparacaqlar.
Turnir olimpiya çəki dərəcələrində keçiriləcək.