Azərbaycan çempionatı start götürür
9 dekabr 2012 12:45
20-23 dekabr tarixlərində Taekvondo üzrə Gənclər və Böyüklər arasında növbəti Ümumrespublika birinciliyi və çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, ABU Arena İdman kompleksində 4 gün nəzərdə tutulan yarış gənclər arasında (oğlanlar) 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 (kq) və (qızlar) 42, 44, 46, 49, 52, 5, 59, 63, 68, +68 (kq) çəki dərəcələrində keçiriləcək.
Böyüklər isə (kişilər) 54, 58, 63, 68, 74, 80, 87, +87 (kq) və (qadınlar) 46, 49, 53, 57, 62, 67, 73, +73 (kq) çəki dərəcələrində mübarizə aparacaqlar. Hər iki turnir DAEDO İnternational taekvondo sistemi ilə təşkil ediləcək.
Komandalar sifariş blanklarını yarışın təşkilat komitəsinə 14/12/2012-ci il, saat 18:00-dan gec olmayaraq təqdim etməlidirlər. Əlavə məlumat üçün Azərbaycan Taekvondo Federasiyasının (+99412) 496 39 87 və (+99450) 542 99 92 telefon nömrəsinə zəng vurmaqla əldə etmək olar.