Azərbaycan idmançıları dünya çempionatında altı medal qazandılar
20 dekabr 2012 14:38

Rusiyanın Medın şəhərində universal döyüş üzrə XIII dünya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizin idman şərəfini Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov, yığmanın məşqçiləri Fərhad Ocaqverdiyev və Elşən İsmayılovun rəhbərliyi altında 10 idmançı qoruyub.
Komandamıza qızıl medalı universal döyüşün klassik versiyası üzrə yarışda Xəyyam Səfixanov (70 kq) qazandırıb. Bu versiya üzrə yarışlarda Fərid Mirzəbəyov (75 kq), Röyal Hüseynov (80 kq) və Muradxan Fərzəliyev (85 kq) bürünc medala sahib olublar.
Layt versiya üzrə yarışlarda isə Sahil Namazov (70 kq) və Elçin İbrahimov (75 kq) mundialı üçüncü pillədə başa vurublar.