Dünya Kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlandı
18 yanvar 2013 18:06
Yanvarın 26-29-da Qazaxıstanın Uralsk şəhərində sambo üzrə dünya Kubokunun mərhələ yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında ölkəmizi Ağasif Səmədov, Kənan Bünyadov (hər ikisi 52 kq), Xanoğlan Zülfüqarov (57 kq), Pərviz Nəzərov (62 kq), Kənan Qasımov (82 kq), Azad Zahidov (90 kq), Elşən Cəfərli və Ayaz Umudəliyev (100 kq-da yuxarı) təmsil edəcək.
Beynəlxalq dərəcəli hakim Cabir İsmayılov isə oyunların idarə olunmasında iştirak edəcək.