Azərbaycan Xüsusi Olimpiya oyunlarında iştirak edəcək
25 yanvar 2013 14:56
2013-cü il 29 yanvar-6 fevral tarixli müddətində Cənubi Koreyanın Pyeonq Chanq şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, oyunların təntənəli acılışı yanvarın 29-da olacaq.
Bu mötəbər yarışlarda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin döşəmə üzərində hokkey üzrə yığma komandası da iştirak edəcək.
Döşəmə üzərində hokkey idman növü Xüsusi Olimpiya Komitəsi tərəfindən 1995-ci ildən etibarən inkişaf etdirilir. İlk böyük nəticə 1997-ci ildə Kanadanın Toronto şəhərində əldə olunub. Yığma komandamız Torontoda keçirilmiş Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarının gümüş müdallarına layiq görülüb. 2001-ci ildə Alyaskanın Ankoric şəhərində, 2005-ci ildə isə Yaponiyanın Naqano şəhərində yığma komandamız Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarının müvafiq olaraq bürünc medallarına layiq görülüb.