Sabah Sərhədçi Kuboku start götürəcək
1 fevral 2013 15:22

Fevralın 2-də Novxanı qəsəbəsində yerləşən “Sərhədçi Atçılıq Mərkəz”inin qapalı manejində “Sərhədçi Kuboku” adlı Konkur üzrə ölkə birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışlarda yerli atçılıq klublarının çaparları öz qüvvəsini sınayacaqlar.
Yarış iki hissədən ibarət olacaq. Turnirin ilk hissəsi saat 11-də, ikinci hissəsi isə saat 13:30 da start götürəcək. Birinciliyin ilk hissəsində çaparlar daha cavan atlarla mübarizə aparacaqlar. Qeyd edək ki, “Sərhədçi Kuboku” turnirinin ümumi mükafat fondu 5 min manatıdır. Turnirə bütün media nümayəndələri dəvətlidirlər.