Federasiya prezidenti istefa verdi
21 fevral 2013 13:48

Rusiyada yaşayan azərbaycanlı iş adamı, Milyarderlər İttifaqının üzvü İsgəndər Xəlilov Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının (AFKF) prezidenti vəzifəsindən getməyi qərara alıb. Azerisport.az xəbər verir ki, bu haqda federasiyanın vitse-prezidenti Fuad Quliyev məlumat verib.
F.Quliyevin sözlərinə görə, İ.Xəlilov işlərinin çoxluğu ilə əlaqədar istefa verib. Onu əvəzləməyə yeganə namizəd oğlu Rəhman Xəlilovdur. Federasiyanın hesabat-seçki konfransı Novruz bayramı ərəfəsində baş tutacaq. Həmin konfransda bu əvəzləmə rəsmiləşəcək.
Qeyd edək ki, ölkəmizdə qış idman növləri üzrə daha bir qurumun - Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti İskəndər Xəlilovun digər oğlu Rauf Xəlilovdu. (lent.az)