Tailandda 2, İstanbulda 7 medal
19 mart 2013 19:07
12-18 mart tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində muay tay üzrə böyüklər və gənclər arasında dünya çempionati keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan 5 idmançı ilə təmsil olunub.
81 kq-da kişilər arasında Nahid Əsədov, gənclər arasında 67 kq-da Natiq Fətullayev çempionatın bürünc medallarını qazanıblar. Həmin tarixlərdə İstanbul şəhərində keçirilən yeniyetmə və kadetlər arasında dünya çempionatında isə 12 idmançı ilə iştirak edən komandamızın üzvləri 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.