Yığmamızın Ankarada təlim-məşq toplanışı keçiriləcək
4 aprel 2013 11:05
Bu gün Ankarada taekvondo üzrə qız və qadınlardan ibarət milli komandalarımızın təlim-məşq toplanışına start verilib. Azerisport.az xəbər verir ki, Türkiyədə yerli komanda ilə birgə keçiriləcək hazırlıq prosesi səkkiz gün davam edəcək.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin, həmçinin qadınlardan ibarət milli komandanın baş məşqçisi, Əməkdar Məşqçi Gündüz Abdullayev və gənclərdən ibarət yığmanın böyük məşqçisi Zahid Məmmədovun rəhbərliyi altında keçiriləcək hazırlıq prosesində iştirak edəcək heyət isə belədi:
Təranə Məmmədova (46 kq), Patimat Abakarova (49 kq), Günay Ağayeva (53 kq), Aytən Səmədli (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeeva (73 kq), Nərminə Məmmədova (44 kq), Xəyalə Quliyeva (46 kq), Turkanə Tahirli, Zümrüd Məlikova (hər ikisi 49 kq), Günay Ağakişiyeva (57 kq), Zeyvi Kərimova (59 kq), Səbinə Mikayılova və Darya Gorbaceva (hər ikisi 62 kq).