Bakıda 265 min dollarlıq turnir
20 aprel 2013 00:58
Mayın 1-4-də Binə qəsəbəsindəki “Elite Horse Club”un açıq manejində atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Rumıniya və İrandan ümumiliklə 25-ə yaxın idmançı 65 atla iştirak edəcək.
Turniri Türkiyə, Bolqarıstan, Rusiya, İran və Rumıniyadan dəvət olunacaq hakimlər kollegiyası idarə edəcək.
Yarışın ümumi mükafat fondu 265 min ABŞ dolları olacaqdır.