Həmyerlimiz Avropa çempionu oldu
20 aprel 2013 12:27
Moldovanın paytaxtı Kişinyovda 16-21 yaşlılar arasında Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, qitə çempionatında ölkəmizi baş məşqçi Gündüz Abdullayev, məşqçilər Məmməd Abdullayev, Elnur Amanov və Təvəkkül Bayramovun başçılığı altında 14 taekvondoçu təmsil edir.
Yarışda ölkəmizi təmsil edən 67 kq çəki dərəcəsində gənc idmançımız Fəridə Əzizova bir birinin ardınca Ric Kim (Hollandiya), Kristian Rizelli (İtaliya) və finalda Niar Xabini (Fransa) məğlub edərək Avropa çempionatının qızıl mükafatçısı olub.
Qeyd edək ki, yarış aprelin 21-dək davam edəcək.