Azərbaycan yığması Avropada birinci oldu
22 aprel 2013 00:23
Bu günlərdə Varşavada Azərbaycan idmançılarının iştirakı ilə sumo üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, idmançılarımız 21 yaşınadək olan sumoçular arasında üç qızıl və bir bürünc medal qazanıblar.
Namiq Sadıxov (92 kq) və Əmiraslan Əhmədov (115 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər. Əmrah Əhmədov isə (70 kq-dək) yalnız bir görüşdə məğlub olaraq bürünc mükafat alıb.
Yığma komandamız 1-ci yerə çıxıb və komanda birinciliyində günün başlıca kubokunu qazanıb.