Azərbaycan millisi Moldovada ikinci qızıl medalını qazandı
22 aprel 2013 17:51
Moldovanın paytaxtı Kişinyovda 16-21 yaşlılar arasında taekvondo üzrə Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, qitə çempionatında ölkəmizi baş məşqçi Gündüz Abdullayev, məşqçilər Məmməd Abdullayev, Elnur Amanov və Təvəkkül Bayramovun başçılığı altında 14 taekvondoçu təmsil edib.
Yarışda 68 kiloqram çəki dərəcəsində gənc idmançımız Hüseyn Mehralıyev bütün rəqiblərini məğlub edərək Avropa çempionatının qızıl mükafatçısı olub.
Qeyd edək ki, yarışda 67 kiloqram çəki dərəcəsində Fəridə Əzizova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.