Azərbaycan idmançıları AÇ-də iki qızıl, bir gümüş medal qazandılar
15 may 2013 00:03
Kişinyovda bodibildinq üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda ölkəmizi təmsil edən Teymur Aslanov və Rza Zinatlov hər ikisi 100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər idmançımız Yalçın Məmmədov (70 kq) isə gümüş medal qazanıb.