Avropa çempionatından dörd medalla
22 may 2013 00:51
İtaliyanın Krema şəhərində sambo üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, çempionatda ölkəmizi təmsil edən idmançılar Kənan Qasımov (90 kq) və Nizami Məmmədov (100 kq) hər ikisi gümüş medal qazanıblar.
Digər samboçularımız İslam Qasımov (57 kq) və Cavidan Qarayev (62 kq) bürünc medallarla kifayətləniblər.