Austrian Opendən 2 qızıl, 1 gümüş, 2 bürünc medalla!
3 iyun 2013 16:54
Yeniyetmə taekvondoçular arasında Avstriyanın İnsbruk şəhərində keçirilən “Austrian Open” turniri başa çatıb. Azerisport.az xəbər verir ki, yarışa baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında qatılan Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Belə ki, həmyerlilərimizdən Nurlan Fətəliyev (53 kq) və Nicat Əsgərli (61 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. Ələsgər Əliyev (61 kq) isə finalda komanda yoldaşı N.Əsgərliyə məğlub olaraq, gümüş medalla kifayətlənib.
Digər taekvondoçulardan Əli İsazadə (37 kq) və Bəxtiyar Həsənov (49 kq) isə yarışı üçüncü yerdə başa vurublar.
Qeyd edək ki, millimiz komanda hesabında yeddinci yeri tutub.