Azərbaycan idmançıları Avropa çempionatında 11 qızıl medal qazandılar
13 iyun 2013 17:24
Portuqaliyanın Porto şəhərində pauerliftinq idman növü üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan yığma komandasının üzvləri pauerliftinq, benç-press və dedlift üzrə güclərini sınayıblar.
Yeddi gün davam edən yarışda pauerliftinq növündə Günel Talibova (52 kq), Müşfiq Əliyev (75kq , təchizatsız), Rüstəm Musayev (75 kq, təchizatla), Günduz Məmmədov (90 kq, təchizatsız), Balı Hacıyev (90 kq, təchizatla), Hafiz Verdiyev (100 kq, təchizatla) və Rüfət Ağayev (125 kq, təchizatla) Avropa çempionu adını qazanıblar. Vüsal Mərdanov (110 kq, təchizatsız) gümüş, Azər Əliyev (100 kq, təchizatsız) bürünc medala sahib olublar.
Dedlift yarışlarında Bəxtiyar Quliyev (125 kq) qızıl medal qazanıb.
Benç-press hərəkətində Ramin Rzayev (75kq), Namiq Nuruyev (90 kq), İbrahim İbrahimov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Namiq Cəfərov (90 kq), Mustafa Əhmədov (100 kq) gümüş, Asəf Ələkbərov (90 kq) isə bürünc medal qazanıblar.
Ümumilikdə pauerliftinq idman növü üzrə Azərbaycan yığma komandası 11 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.