Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək heyəti açıqlandı
14 iyun 2013 17:22
Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 15-21-də Meksikanın Puebla şəhərində keçiriləcək yarışda kişi və qadın yığmalarımız tam heyətlə iştirak edəcəklər.
Belə ki, millimizin baş məşqçisi Ələkbər İmaməliyev yarışa yollanacaq heyətə Mikayıl Əliyev (54 kq), Maqomedyasi İbrahimov (58 kq), Fariz Əliyev (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (87 kq) və Ceyhun Həsənlini (87 kq-dan yuxarı) daxil edib.
Qadınlardan ibarət milli komandamızın baş məşqçisi Gündüz Abdullayev isə dünya çempionatında Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Səbinə Ağakişiyeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Qorbaçeva (63 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyevaya (73 kq) şans verəcək.
Qeyd edək ki, komandamız hazırda Qəbələdə təlim-məşq toplanışındadı.