Azərbaycanı Dünya kubokunda 3 idmançı təmsil edəcək
30 iyun 2013 18:19

İspaniyanın Qranada şəhərində iyulun 5-dən 11-dək güllə və stend atıcılığı üzrə Dünya kuboku yarışları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı güllə atıcılığı yarışlarında pnevmatik tapançadan atəşaçma və tələsik atəşaçma növlərində Ruslan Lunov təmsil edəcək.
Trap yarışlarında Elvin İsmayılov, stend atıcılığının skit növündə isə Olimpiya çempionu Zemfira Meftəhətdinova mübarizə aparacaqlar.