Kazan universiadasında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlandı
3 iyul 2013 11:36
Xəbər verildiyi kimi, iyulun 6-17-də Rusiyanın Kazan şəhərində 27-ci Dünya Yay Universiadası keçiriləcək. Azerisport.az xəbər verir ki, 170-dən çox ölkənin qatılacağı universiadada 27 idman növü üzrə yarışlar təşkil olunacaq.
Yarışda sambo üzrə Azərbaycan yığması da iştirak edəcək. Baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında Ağasif Səmədov (52 kq), İslam Qasımov (57 kq), Fərid Mikayılov (62 kq), Emil Həsənov (68 kq), Zülfüqar Quliyev (74 kq), Ziya Namazov (82 kq), Abidulla Rəsulov (100 kq) və Elşən Cəfərli (100 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.
Cabir İsmayılov isə Azərbaycanı hakim kimi təmsil edəcəkdir.
Universiadada sambo yarışları iyulun 14-dən 16-dək keçiriləcək.