Bakıda mükafat fondu 40 min avro olan turnir keçiriləcək
4 iyul 2013 20:24
İyulun 5-7-də Bakıdakı Novxanı qəsəbəsində yerləşən “Sərhədçi” Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələrin idmançıları iştirak edəcəklər.
Turniri Türkiyə və İrandan dəvət olunacaq hakimlər kollegiyası idarə edəcəklər. Beynəlxalq yarışın ümumi mükafat fondu 40 min avrodu.