Formula-1 yarışlarının Qran Pri mərhələsi Bakıda keçirilə bilər
7 iyul 2013 15:59

"Formula-1" yarışlarının baş promouteri Berni Ekklstoun mətbuata açıqlamasında deyib ki, yarışların "Qran-pri" mərhələsi Bakıda keçirilə bilər. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları söyləyib:
"Ümid edirəm ki, bizim daha iki yarışımız ABŞ-da, Lonq-Biçdə və Nyu-Yorkda olacaq. Eyni zamanda, Tailandda da yarışın keçirilməsi nəzərdə tutulub. Bundan başqa, hər şey plan üzrə getsə, Bakıda da yarış baş tuta bilər".

Qeyd edək ki, "Formula-1" - 2013 yarışları 19 trasda baş tutacaq. (Trend)