Baku Cup 2013 turnirində 16 ölkədən idmançılar iştirak edəcək
16 iyul 2013 00:54

İyulun 22-dən 28-dək Bakı Tennis Akademiyasında WTA (Qadın Tennis Assosiasiyası) seriyalı “Baku Cup 2013” qadınlar arasında beynəlxalq tennis turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan, Rusiya, Çexiya, Macarıstan, Rumıniya, İspaniya, Fransa, Serbiya, Avstriya, İtaliya, Hindistan, Yaponiya, Böyük Britaniya, Belarus, Ukrayna və Qazaxıstan təmsilçiləri birincilik uğrunda mübarizə aparacaqlar.
Ölkəmizi bu mötəbər turnirdə gənc tennisçi Kamilla Fərhad təmsil edəcək.
Qeyd edək ki, ötən il serbiyalı Boyana Yovanovski, 2011-ci ildə isə rusiyalı Vera Zvonaryova turnirin qalibi olublar.