Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçildi
15 iyul 2013 16:07

Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmaləddin Heydərov yenidən Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti seçilib. Azerisport.az xəbər verir ki, iyulun 14-də Meksikanın Puebla şəhərində Dünya Taekvondo Federasiyasının 24-cü Baş Assambleyası keçirilmişdir. Toplantıda Federasiyanın növbəti müddət üçün rəhbərliyi və İdarə Heyəti də müəyyənləşib.
ATF-nin prezidenti Kəmaləddin Heydərov növbəti dəfə DTF-nin vitse-prezidenti seçilib.
Qurumun prezidenti Çunq Von Ço, digər iki vitse-prezident isə Misir nümayəndəsi Əhməd Foli və İtaliyanı təmsil edən Sun Caepark olmuşdur. Qurumun İdarə Heyətinə 14 nəfər üzv seçilib.
Qeyd edək ki, Kəmaləddin Heydərov bundan əvvəlki iki dönəmdə də Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olmuşdu.