Yığmamız dünya çempionatına uğursuz başladı
17 iyul 2013 00:36
Meksikanın Puebla şəhərində taekvondo üzrə dünya çempionatı başlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Məhəmmədyasin İbrahimov (58 kq) və Türkan Tahirli (46 kq) üçün yarışın ilk günü uğursuz alınıb.
M.İbrahimov ilk görüşdə gümüş medala sahib çıxmış Hadi Mosteana uduzub. T.Tahirli isə ilk görüşdə konqolu Parker Bolili üzərində qələbə qazansa da, növbəti mərhələdə bürünc mükafatçı Ren Dandana məğlub olub.