İdmançılarımız bu gecə vətənə qayıdırlar
17 iyul 2013 17:23

Xəbər verdiyimiz kimi, Kazanda keçirilən XXVII Yay Universiadası başa çatıb. Azerisport.az xəbər verir ki, Universiadada uğurla çıxış etmiş Azərbaycan idmançıları vətənə qayıdırlar.
Azərbaycan nümayəndə heyətini və idmançıları Kazandan gətirən təyyarə iyulun 17-dən 18-nə keçən gecə (sabah səhərə yaxın) saat 05:00-da Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına enəcək. İdmançılarımıı hava limanında idman ictimaiyyətinin nümayəndələri qarşılayacaqlar.