Baku Cup-2013 beynəlxalq turnirində Azərbaycanı iki idmançı təmsil edəcək
21 iyul 2013 00:46
İyulun 22-dən 28-dək Bakı Tennis Akademiyasında qadınlar arasında “Baku Cup-2013” beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, 6 tennisçi vald-kard (Wild Card ) əsasında xüsusi dəvətlə turnirdə çıxış edəcək.
Bunların üçü seçmə mərhələdən, digər üçü isə əsas mərhələdən mübarizəyə qoşulacaq.
Turnirdə vald-kard əsasında Kamilla Fərhad, Nəzrin Cəfərova (hər ikisi Azərbaycan), Tamari Çalaqanidze (Gürcüstan), Aleksandra Koraşvili, Kseniya Qaydarzi (hər ikisi Rusiya) və Ons Cabur (Tunis) çıxış edəcəklər.
Qeyd edək ki, “Baku Cup-2013” turnirinin ümumi mükafat fondu 235 min ABŞ dollarıdı.