Azərbaycan Meksikada keçirilən DÇ-də daha bir medal qazandı
21 iyul 2013 00:55
Meksikanın Puebla şəhərində keçirilən taekvondoçular arasında dünya çempionatının beşinci günündə üç idmançımız yarışa qatılıb. Azerisport.az xəbər verir ki, qadınların mübarizəsində Marina Tedeeva (73 kq) ilk rəqibi İbogni Graceyə (Qabon) qalib gəlib.
Serbiya təmsilçisi Milica Mandiçlə qarşılaşmadan isə məğlub ayrılan idmançımız yarışı tərk edib.
Kişilərin yarışında Ceyhun Həsənli (87 kq-dan yuxarı) ilk görüşündə küveytli Baber Al-Enaziydən üstün olub. İkinci qarşılaşmada taekvondoçumuz İvan Trajkovicə (Sloveniya) məğlub olub.
Radik İsayev (87 kq) isə ilk döyüşdə Dorde Marcetiçi (Serbiya) məğlub edib. Növbəti görüşünü Norveç təmsilçisi Mohammed El-Hatriyə qarşı keçirən taekvondoçumuz rəqibinə qalib gəlib. R.İsayev ermənistanlı Genadi Arustamyanla qarşılaşmalı olsa da, rəqib döyüşdən imtina edib. Növbəti mərhələyə adlayan taekvondoçumuz yunanıstanlı Konstantinos Gkoltsioslunu məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Ma Zhao Younga (Çin) məğlub olan taekvondoçumuz bürünc mükafatla kifayətlənib.