Baku Cup-2013: Əsas mərhələ başa çatdı
24 iyul 2013 01:33

Bakı Tennis Akademiyasında qadınlar arasında WTA (Qadın Tennis Assosiasiyası) seriyalı “Baku Cup- 2013” Beynəlxalq tennis turniri davam edir. Azerisport.az xəbər verir ki, iyulun 23-də əsas mərhələnin səkkiz matçı keçirilib.
Bu oyunların nəticələrinə əsasən, Maqda Linette (Polşa), Tereza Martinkova (Çexiya), Mendi Minella (Luksemburg), Nastasya Barnett (İtaliya), Tetyana Arefyeva (Ukrayna), Boyana Yovanovski (Serbiya), Şayar Peyer (İsrail) və Kristina Plişkova (Çexiya) ikinci tura vəsiqə qazanmışlar.
Turnirin bir nömrəli favoriti, Serbiya tennisçisi Boyana Yovanovskidi.
İyulun 24-də keçiriləcək dörd matçla təklər oyunlarına yekun vurulacaq.
İyulun 28-dək davam edəcək turnirdə Azərbaycan, Rusiya, Çexiya, Macarıstan, Rumıniya, İspaniya, Fransa, Serbiya, Avstriya, Afrika, İtaliya, Hindistan, Yaponiya, Böyük Britaniya, Belarus, Hollandiya, Xorvatiya, Yunanıstan, Tunis, ABŞ, Özbəkistan, Sloveniya, Ukrayna və Qazaxıstan təmsilçiləri birincilik uğrunda mübarizə aparırlar.