Baku Cup-2013-də cütlərin duellərinə start verildi
24 iyul 2013 01:36

Xəbər verildiyi kimi, Bakı Tennis Akademiyasında qadınlar arasında WTA (Qadın Tennis Assosiasiyası) seriyalı “Baku Cup -2013” Beynəlxalq tennis turniri keçirilir. Azerisport.az xəbər verir ki, iyulun 23-də əsas mərhələnin oyunları ilə yanaşı, cütlərin yarışına (doubles) da başlanılıb.
Gün ərzində cütlərdə üç matç keçirilib. Mixaella Krayçek (Hollandiya) və Yekaterina Yaşina (Rusiya), İlona Kremen (Belarus) və Marina Melnikova (Rusiya), Maqda Linette (Polşa) və Elina Svitolina (Ukrayna) cütlükləri növbəti mərhələyə keçiblər.
İyulun 28-dək davam edəcək turnirdə Azərbaycan, Rusiya, Çexiya, Macarıstan, Rumıniya, İspaniya, Fransa, Serbiya, Avstriya, Afrika, İtaliya, Hindistan, Yaponiya, Böyük Britaniya, Belarus, Hollandiya, Xorvatiya, Yunanıstan, Tunis, ABŞ, Özbəkistan, Sloveniya, Ukrayna və Qazaxıstan təmsilçiləri birincilik uğrunda mübarizə aparırlar.