Azərbaycan atleti DÇ-də gümüş medal qazandı
24 iyul 2013 01:42
Fransanın Lyon şəhərində paralimpiyaçılar arasında atletika üzrə dünya çempionatı davam edir. Azerisport.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançımız Samir Nəbiyev disk atma növündə gümüş medal qazanıb.
Atletika üzrə dünya çempionatına iyulun 28-də yekun vurulacaq.